Ölkə

Azərbaycanı dünyaya həm də onlar tanıdacaqlar

9 Fevral 2016 21:07
0 Şərh     Baxış: 2 165
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda turizmi inkişaf etdirmək istəyiriksə, bu sahədə kadr problemləri, o cümlədən bələdçi çatışmazlığı məsələsi həll olunmalıdır.

Bu barədə Milli.Az-a açıqlamasında Azərbaycan Turizm Assosiasiyasının (ATA) baş katibi Müzəffər Ağakərimov deyib.

ATA-nın baş katibi qeyd edib ki, məhz bu məqsədlə Azərbaycanda ilk dəfə olaraq ötən ilin sonlarına doğru Assosiasiyanın nəzdində Ekskursiya Bürosu fəaliyyətə başlayıb və burada ekskursiya bələdçilərinin hazırlanması üçün pulsuz kursların keçirilməsinə start verilib. Ötən həftə isə artıq həmin Büronun ilk məzunlarına sertifikatlar təqdim edilib:

"Ötən həftə 20-yə yaxın ekskursiya bələdçisinə sertifikat verdik. Bələdçiləri 3 ay ərzində 10 xarici dil üzrə hazırlamışıq. Onların arasında Avropa dilləri ilə yanaşı, çin, yapon, fars, ərəb dillərini bilən ekskursiya bələdçiləri də var. Kurslara ən yaxşı, bacarıqlı, səriştəli, savadlı gəncləri cəlb eləmişdik. Onları 150 nəfərin içindən seçmişdik. Bələdçilər xarici dillərlə yanaşı, Azərbaycanın tarixini, coğrafiyasını, folklorunu, etnoqrafiyasını, ədəbiyyatını da gözəl bilməlidirlər ki, Azərbaycanın reallıqlarını ölkəmizin qonaqlarına təqdim edə bilsinlər. Artıq turizm şirkətləri və otellər həmin bələdçilərin xidmətlərindən rahat istifadə edə bilərlər".

M.Ağakərimovun fikrincə, Azərbaycanda turizmi inkişaf etdirmək istəyiriksə, gərək bu sahədə əsas kadrlardan sayılan ekskursiya bələdçiləri çatışmazlığı problemi də həllini tapmalıdır: "Biz bu istiqamətdə işlərimizi davam etdirəcəyik. İndi ekskursiya bələdçiləri sahədə böyük boşluq var. Ölkəmizin savadlı, bacarıqlı ekskursiya bələdçilərinə böyük ehtiyacı var. Çünki gələn qonaqların öz dillərində bələdçilik etmək daha məqsədə uyğundur və belə olanda daha səmərəli olur".

İlkin İzzət
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.