Ölkə

Avtomobil bazarında satıcılar "milçək tuturlar"

9 Fevral 2016 19:05
0 Şərh     Baxış: 1 977
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünya bazarında neftin ucuzlaşması və Azərbaycanda iqtisadi aktivliyin aşağı düşməsi, özünü avtomobil bazarında da göstərib. Artıq alıcılar avtomobili alarkən ehtiyat hissələrinin qiymətinə, yanacaq sərfiyyatına, hətta sığorta xərclərinə də diqqət edirlər. 

Kəpəz TV (Region TV) xəbər verir ki, maşın bazarında və avtomobil salonlarında çalışanlar günü, demək olar ki, müştəri gözləməklə keçirirlər. Ötən il ay ərzində 10-12 avtomobil satılırdısa, indi 3-4 avtomobil satmaq mümkün deyil. Satıcıların sözlərinə görə, maşınlarla maraqlananların sayı kəskin şəkildə azalıb. Buna yeni maşınların qiymətində müşahidə olunan artım da təsirsiz ötüşməyib. Azərbaycandakı rəsmi distribüterlərin məlumatına əsasən, avtomobillərin qiymətində yaranan bahalaşmaya səbəb nəqliyyat vasitələrinin xarici ölkədən dollarla alınıb gətirilməsidir.

Oqtay Məmmədli - iqtisadi ekspert: "Əhali əvvəllər avtomobili satın almaq üçün kreditdən istifadə edirdi. Amma indi bankların böyük bir hissəsində kreditlərin qaytarılmasında problemlər olduğuna görə, yeni kreditləri vermək istəmirlər. Bu halda da əhalinin alıcılıq qabiliyyətində müəyyən durğunluqlar əmələ gəlir və bu durğunluq avtomobil bazarına müəyyən təsirlər edir".

Bu səbəbdən də imkanı təzə maşın almağa çatmayanlar, ucuz qiymətə təklif edilən ikinci əl avtomobillərə üz tuturlar. Çünki ötən ilin yayında 20 min manata satılan alman istehsalı olan avtomobilləri, indi 10-11 min manata belə realizə etmək çətinləşib. Buna görə də hazırda daha çox Rusiya istehsalı olan avtomobillərə tələbat artıb. Bununla belə, bazarda real alıcı, demək olar ki, yoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.