Ölkə

Azərbaycanlı aktyoru hədələyənin kimliyi bilindi - FOTO

9 Fevral 2016 17:48
0 Şərh     Baxış: 2 700
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mingəçevir Dövlət Dram Teatrının keçmiş aktyoru İbrahim Salamovun təhdid olunduğu barədə məlumat vermişdik.

Xəbərdə qeyd olunurdu ki, bir neçə gün öncə "İlqar Eyyubov" adlı Feysbuk profilindən onu hədələyiblər. Məsələnin maraqlı tərəflərindən biri odur ki, sözügedən hadisə Mingəçevir Dövlət Dram Teatrının direktoru Səxavət Məmmədovun jurnalist İntiqam Valehoğlunu təhdid və təhqir etdiyi vaxtla üst-üstə düşür. Belə ki, Salamova mesajlar yanvarın 25-də gecə 01:45 radələrində yazılmağa başlayıb. Bundan bir neçə dəqiqə əvvəl isə İ.Valehoğlu təhdid olunub.

Milli.Az bildirir ki, aktyor ehtimal edir ki, bu, onun ölkə.az-a verdiyi açıqlamalarla bağlıdır.

"Həmin gün sizin saytda material getmişdi. Mingəçevir teatrı haqda harda nə məlumat getsə, Səxavət Məmmədov məndən görür. Görünür, heç bu uyğunluğun diqqət çəkəcəyi ağıllarına gəlməyib. Amma Səxavət sizi təhdid etdiyi gün mən də təhdid olunmuşam. Bu, o deməkdir ki, sizi informasiyanı yazdığınıza, məni isə məlumatı sizə ötürdüyümə görə təhdid edirlər".

Bu gün İ.Salamov redaksiyamızla əlaqə saxlayaraq, ilginc sayıla biləcək fikirlər səsləndirib:

"Təhdid olunuram, məhkəmələrdə haqqımı tanımağa pul vasitəsilə imkan vermirlər. Arxasında icra başçısının müavinləri, digər səlahiyyətli şəxslərin dayandığını deyən Səxavət Məmmədov haqqında səsləndirdiyim fikirlərə görə məni hədələyirlər. Düşünmürlər ki, 15 il canını teatrda qoyan, cavanlığını, gəncliyini nisyələrin, borcların "əhatəsində" çürüdən aktyorun körpəsi nə yeməlidir? O adamın kimliyini də müəyyənləşdirmişəm. Bu şəxsin adını açıqlamaya da bilərdim. Çünki Səxavət Məmmədov diqqəti yayındırmaq üçün ortaya belə adamaları atır. Amma həmin şəxs Səxavət Məmmədovun müavini Vüsal Məmmədovun yaxın qohumudur. Mənim Vüsalla elə bir problemim olmayıb. Ey saxtakar, heç olmasa, məni hədələtməyi, şərlətməyi yığışdır".

Xatırladaq ki, uzun müddətdir İbrahim Salamovla Səxavət Məmmədovun məhkəmə çəkişməsi davam edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.