Ölkə

Beynəlxalq film festivalının baş münsifi azərbaycanlı səyyah-bloqer olacaq

9 Fevral 2016 13:32
0 Şərh     Baxış: 806
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu il Bakıda Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçiriləcək növbəti Beynəlxalq Turizm Filmləri Festivalının münsiflər heyətinin sədri tanınmış səyyah-bloqer Azər Qəribov olacaq.

Milli.Az xəbər verir ki, bu barədə A.Qəribovun özü məlumat verib.

Onun sözlərinə görə, bu il keçiriləcək və artıq ənənəvi olmuş Bakı Beynəlxalq Turizm Filmləri Festivalının münsiflər heyətinin sədri elə özü olacaq. Bu münasibətlə A.Qəribov ona etimad göstərənlərə təşəkkürünü bildirib.

Münsiflər heyətinin sədri qeyd edib ki, iyun ayında keşirilməsi planlaşdırılan festivalın münsiflər heyətində müxtəlif ölkələrin nümayəndələri təmsil olunacaqlar.

Qeyd edək ki, Bakı Beynəlxalq Turizm Filmləri Festivalı 2013-cü ildən etibarən keçirilir.

Pünhan Mirzə
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.