Ölkə

Bakı metrosunda havayı internet

11 Fevral 2016 07:18
4 Şərh     Baxış: 4 163
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın informasiya texnologiyaları bazarındakı mənbələrdən Milli.Az-a verilən məlumata görə, Bakı metrosunda pulsuz internet xidmətinin tətbiq edilməsi planlaşdırılır. 

Mənbənin məlumatına görə, plana görə, yaxın zamanlarda sərnişinlərə metronun stansiyalarında, eləcə də vaqonlarda pulsuz olaraq WI-FI sisteminə qoşulma imkanının yaradılması nəzərdə tutulur.

Məsələ ilə bağlı Milli.Az-ın sorğusunu cavablandıran "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, hazırda metroda pulsuz internet xidmətinin tətbiqi məsələsi gündəmdə deyil və bununla bağlı müzakirələr aparılmır:

"Bu söhbət əslində çoxdan var. Sərnişinlər tərəfindən dəfələrlə pulsuz WI-FI-ın olması istəyi bildirilib. Hətta bəzi provayderlər də metroda belə bir xidmətin yaradılmasını təklif ediblər. Lakin hazırda metroda pulsuz internet məsələsi ilə bağlı konkret heç bir şirkətlə danışıqlar, müzakirələr aparılmır".

İlkin İzzət

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.