Ölkə

Uşaqlar üçün növbəti ekoloji laboratoriya təlimi təşkil olunacaq - FOTO

9 Fevral 2016 13:29
Baxış: 501
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fevralın 13-də IDEA İctimai Birliyi və "Sevimli bala" təşkilatının birgə həyata keçirdiyi "Uşaqlar üçün ekoloji laboratoriya" layihəsi çərçivəsində növbəti təlim baş tutacaq.

Milli.Az bildirir ki, IDEA-dan Trend-ə verilən məlumata görə, uşaqların ətraf mühit və canlı aləm barədə biliklərinin artırılması məqsədini daşıyan Laboratoriyanın fevral təlimi "təbiətə sevgi" mövzusunda həsr olunacaq.

Təlim zamanı "kiçik ekoloq"lara vəhşi təbiət, ekosistem, heyvanların təsnifatı, heyvanların nəslinin tükənməsi, qida zənciri və s. barədə geniş məlumat veriləcək, onlara heyvanlar barədə maraqlı faktlar izah olunacaq.

Təlimin gedişində iştirakçılar bir sıra laboratoriya sınaqlarının keçirilməsində iştirak etməklə yanaşı, Sevgililər Günü münasibətilə analarına hədiyyə etmək üçün müxtəlif materiallardan istifadə etməklə kiçik "sənət əsərləri" də düzəldəcəklər.

IDEA İctimai Birliyi və "Sevimli Bala" təşkilatının birgə əməkdaşlığı ilə təşkil olunacaq fevral laboratoriyası uşaqlara maraqlı və əyləncəli gün bəxş etməklə yanaşı, onların kiçik yaşlardan təbiəti daha yaxşı qavramalarına töhfə verəcək.

IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində təşkil olunacaq "Uşaqlar üçün ekoloji laboratoriya"da iştirakla bağlı IDEA İctimai Birliyi ilə (497-63-16) əlaqə saxlamaq xahiş olunur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.