Ölkə

Siqaret UCUZLAŞDI - YENİLƏNİB - SİYAHI

8 Fevral 2016 16:11
35 Şərh     Baxış: 23 169
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

16:11

Xəbər verdiyimiz kimi, Azərbaycanda pərakəndə satış qiymətlərində bəzi markalı siqaretlərin qiyməti ucuzlaşıb.

Milli.Az day.az-a istinadən sizə bir sıra siqaretlərin yeni qiymətlərinin siyahısını təqdim edir:

Marka                  Qiymət, AZN
Yava                     1,2 / 2 / 2,2  
LD                           2,2 / 2,6
More                           1,2
Sobranie                     3,3 
Sobranie Russian        5
Dunhill                         3.3
Vogue                           3
Winston                        2.8
Kent                               3
Rothmans                2,2 / 2,6
Camel                           3
Viceroy                  1,5 / 2 / 2,2

-------------

15:16

Azərbaycanda bəzi siqaret markalarının qiyməti enib. "Japan Tobacco International" şirkətindən APA-ya verilən məlumata görə, bu gündən "Winston", "Sobranie" və "Camel" markalı siqaretlərin qiymətində azalma baş verib.
 
Bundan başqa, şirkətin istehlakçılarına təklif etdiyi "More" markalı siqaret 2 həftə öncə 1,20 manata qədər ucuzlaşıb.
 
Şirkət rəsmisi bildirib ki, "Winston" markalı siqaretin qiyməti 3,30 manatdan 2,80 manata, "Sobranie" (böyük) 7 manatdan 5 manata, "Camel" 3,50 manatdan 3 manatadək enib. 
 

-----------

11:14

Azərbaycanda pərakəndə satış bazarında ən çox satılan siqaretlərin bəzi markalarının qiyməti xeyli ucuzlaşıb.

Milli.Az bildirir ki, bu barədə day.az-a bir neçə satış nötəsindən bildirilib. Bu məlumatı həm də bazardakı mənbələr də təsdiq edib.

Məsələn, Winston (bazarda ən çox satılan siqaretlərdən) markalı tütün məmulatları artıq 2,8 AZN-ə satılır. Halbuki, son vaxtlar onların qiyməti 3,3 AZN təşkil edib. Kent markalı siqaretlərin qiyməti 3 manatadək ucuzlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.