Ölkə

Ərinin qazancını sevgilisinə yedirdən qadının şikayətinə baxılıb

6 Fevral 2016 13:03
0 Şərh     Baxış: 3 762
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Apellyasiya Məhkəməsində külli miqdarda oğurluqda təqsirləndirilən Yevlax rayon sakini Kənan BəkirovSəbinə Abdinova barələrindəki hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

Milli.Az report-a istinadən bildirir ki, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb. Təqsirləndirilən şəxslərin apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, Nəsimi Rayon Polis İdarəsi 20-ci Polis Bölməsi və Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2015-ci ilin aprel ayının 15-də Nağı Abdinovun evindən 90 min manat oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini Kənan Bəkirov tutulub. Daha sonra məlum olub ki, əslində, oğurluğu N.Abdinovanın həyat yoldaşı Səbinə Abdinova edərək, pulları sevgi münasibətlərində olduğu K.Bəkirova verib.

Hər iki şəxs Cinayət Məcəlləsinin 177.3.2-ci ( külli miqdarda oğurluq) maddəsi ilə ittiham olunublar.

2015-ci ilin dekabr ayının 11-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə K.Bəkirov 9 il, S.Abdinova isə 8 il müddətinə azadlıqdan məhrum edilib. Qərardan narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.