Ölkə

Nadir İradənin doğuş VİDEOsundan danışdı

5 Fevral 2016 20:00
66 Şərh     Baxış: 13 141
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Nadir Qafarzadə həmkarı İradə İbrahimovanın doğuş videosundan danışıb.

Milli.Az xəbər verir ki, axşam.az-ın məlumatına görə, sənətçi "Bizimləsən" verilişində bunları deyib:

"İradə İbrahimovanı qapalı, kübar müğənni kimi tanımışam. O, başqa şeylərlə gündəmə gələn olmayıb. Videosunu görməmişəm. Bəlkə o görüntüləri paylaşaraq, hansısa xoş hisslərini bölüşmək istəyib".

N.Qafarzadə sənəti ilə yox, başqa məsələlərlə gündəmə gələn həmkarlarına irad tutub:

"Uşaq dünyaya gətirməklə gündəmə gəlirlər. Yataq otağından şəkillər paylaşırlar. Çox ayıbdır. Sənin həyatın sənə aiddir, bunu yayma. Mənim aldığım tərbiyə budur. Biz sovet dövründə mentalitet, həya görmüşük. Bugünkü günlə ayaqlaşa bilmirəm. Deyirlər müasirləşmişik. Mən belə müasirlik istəmirəm".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

İradə İbrahimova oğlunu belə dünyaya gətirdi

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.