Ölkə

Ötən il Bakıda 12 minə yaxın cinayət törədilib

22 Yanvar 2016 18:10
0 Şərh     Baxış: 855
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, yanvarın 22-də daxili işlər naziri, general-polkovnik Ramil Usubovun iştirakı ilə Bakı Şəhər Baş Polis İdarəsində 2015-ci ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib. Müşavirədə çıxış edən Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov deyib ki, hesabat dövründə Bakı şəhəri, eləcə də onun ayrı-ayrı rayonları üzrə əməliyyat şəraiti kompleks təhlil edilib, cinayətkarlığın dinamikasında əsas təmayüllərin, neqativ proseslərin və dəyişikliklərin öyrənilməsi əsasında qarşılıqlı əlaqələrin təkmilləşməsinə, əməliyyat-xidməti fəaliyyətin səmərəsinin artırılmasına dair təkliflər hazırlanıb icraya yönəldilib.

Paytaxtda DİN və Prokurorluq üzrə 11753 cinayət qeydə alınıb ki, onların da 81,5 faizi az ağır və böyük ictimai təhlükə törətməyən, 18,5 faizi isə ağır və xüsusilə ağır növlər olub. 2014-cü illə müqayisədə ötən il qəsdən adam öldürmələr 16,5 faiz, qəsdən sağlamlığa ağır zərər vurmalar 19 faiz azalıb.

Cinayətlərin 75,2 faizinin, ağır növlərinin 76,7 faizinin, qeyri-aşkar şəraitdə baş verənlərin 62,7 faizinin açılması təmin olunub. Şəxsiyyət əleyhinə olan 1.817 cinayətdən 94 faizi, o cümlədən qəsdən adam öldürmələrin 98,7 faizi, adam öldürməyə cəhdlərin 96,7 faizi açılıb.

Müqayisə edilən dövrə nisbətdə ümumi cinayətlərin açılması 3,5 faiz, onların ağır və xüsusilə ağır növlərinin açılması 1,8 faiz, şəxsiyyət əleyhinə olanların açılması 2,1 faiz, o cümlədən qəsdən adam öldürmələrin açılması 7,4 faiz, mülkiyyət əleyhinə olan cinayətlərin açılması 6,6 faiz, avtonəqliyyatın qaçırılması faktlarının açalması 7 faiz, ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin açılması 2,5 faiz yaxşılaşıb.

Cinayətlərin profilaktikasında və açılmasında müasir informasiya texnologiyalarının tətbiqinin böyük əhəmiyyəti olub. Baş İdarənin və ərazi polis orqanlarının "Təhlükəsiz şəhər" xidmətinin operatorları tərəfindən 2.661 hadisə aşkarlanıb, kameraların arxiv görüntülərindən istifadə edilməklə 274 bağlı cinayət açılıb.

Təqsirləndirilən şəxs qismində axtarışda olanların 72,4 faizi, ağır və xüsusilə ağır cinayətlərə görə axtarılanların isə 60 faizi tutulub.

Bununla yanaşı, 96 soyğunçuluq və quldurluq cinayəti törətmiş 129 nəfərdən ibarət 59, eləcə də mənzillərdən 123 oğurluq törətmiş 105 nəfərdən ibarət 43 cinayətkar qrup ifşa olunub.

Aşkar edilmiş 1254 fakt üzrə qanunsuz dövriyyədən 255 kiloqramdan çox narkotik vasitə çıxarılıb.

Hesabat dövründə 54 odlu silah, 11 qumbara, 3.139 ədəd döyüş patronu yığılıb, əməliyyat yolu ilə qanunsuz saxlanılan və gəzdirilən 31 odlu silah götürülüb.

Bildirilib ki, 2015-ci ildə paytaxtın polis orqanlarının istintaq qurumları tərəfindən istintaqı tamamlanmış cinayət işləri üzrə vətəndaşlara vurulmuş maddi ziyanın 83,7faizi ödətdirilib.

İlkin İzzət
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.