Ölkə

Nardaran əməliyyatlarının hesabatı verildi

12 Yanvar 2016 18:35
2 Şərh     Baxış: 2 007
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən ilin sonlarında paytaxtın Nardaran qəsəbəsində keçirilmiş xüsusi əməliyyatlardan sonra Alayın əməkdaşları cinayətdə şübhəli şəxslərin tutulmasında, zərərsizləşdirilməsində, qanunsuz saxlanılan odlu silahların və partlayıcı maddələrin yığılmasında, istintaq-əməliyyat tədbirlərinə qüvvə dəstəyinin verilməsində də öz səylərini əsirgəməyiblər. Bakı BPİ-nin əməkdaşları ilə birgə həyata keçirilən tədbirlərlə 5 avtomat, 6 tüfəng, 3 tapança, 22 qumbara, 368 patron, 16 "Molotov kokteyli", 1 partlayıcı qurğu, 2 qutu barıt, 7 qutu alışdırıcı patron, 8 ədəd müxtəlif növ soyuq silah, 1 beşbarmaq, 300 qramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb.

Milli.Az xəbər verir ki, bunu Əlahiddə Çevik Polis Alayının komandiri, polis polkovniki Zaur Abdullayev bu gün daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak Əlahiddə Çevik Polis Alayında 2015-ci il ərzində görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsində deyib.

Z.Abdullayev deyib ki, hesabat dövründə Alayın patrul bölüklərinin xidmət apardığı paytaxtın inzibati ərazilərində cinayətlərin dinamikasında və strukturunda müsbət təmayüllər qeydə alınıb, kriminogen durum bütövlükdə nəzarətdə saxlanılıb:

"Bakı şəhər Baş Polis İdarəsi ilə birgə razılaşdırılmış vahid dislokasiya planına uyğun həyata keçirilən tədbirlər çərçivəsində 27564 şəxs, o cümlədən,  müxtəlif cinayətlər törətmiş 835, inzibati xətalara yol vermiş 26729 nəfər saxlanılaraq barələrində qanunauyğun tədbirlərin görülməsi təmin edilib. Həmin şəxslərdən 86-ı axtarışda olanlar, 243-ü  xuliqanlıq, 81-i dələduzluq, 103-ü narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı, 245-i oğurluq, 26-ı soyğunçuluq və s. cinayətləri törətdiklərinə görə saxlanılanlardır. Eyni zamanda, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətmiş 5803, o cümlədən 2399 piyada, məişət  səs-küyünə yol vermiş 2173, qanunla müəyyən edilməmiş yerlərdə küçə ticarəti ilə məşğul olan 3115, digər inzibati xətalara görə 13239 nəfər müəyyən edilərək rayon polis idarələrinin aidiyyatı polis bölmələrinə təhvil verilib".

İlkin İzzət
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.