Ölkə

Şəkidə 12 məhbus azadlığa buraxıldı - VİDEO

29 Dekabr 2015 13:09
0 Şərh     Baxış: 1 365
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

KANAL S (Region TV) xəbər verir ki, prezident İlham Əliyevin dekabrın 28-də imzaladığı əfv sərəncamının icrasına başlanılıb. Bu gün Şəki Penitensiar Müəssisəsindən azadlığa çıxan məhbuslar və onları qarşılamağa gələn yaxınlarının sevincinin həddi-hüdudu yox idi.

Əfv sərəncamının icrası çərçivəsində Şəki Penitensiar Müəssisəsindən 12 məhbus azadlığa buraxılıb. Bu münasibətlə keçirilən tədbirdə əfv olunan məhbusların buraxılış arayışları onlara təqdim edilib.

Azadlığa buraxılan məhbuslar və onların yaxınları bayram ərəfəsində onlara bu sevinci bəxş edən ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.  

Prezident İlham Əliyevin dekabrın 28-də imzaladığı sərəncam ümumilikdə 210 nəfərə şamil edilib. Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 198 nəfər cəzasının çəkilməmiş hissəsindən, 3 nəfər islah işləri, 9 nəfər isə cərimə cəzasından azad edilib.

Milli.Az 

Videonu izləmək üçün şəklə klikləyin:

Şəkidə 12 məhbus azadlığa buraxıldı

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.