Ölkə

"Övlad dünyaya gətirməyimin ata-anaya nə aidiyyəti var?" - FOTO

28 Dekabr 2015 11:36
7 Şərh     Baxış: 4 336
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Səidə Dadaşova 2015-ci ildə adının daha çox qalmaqallarda hallanmasına münasibət bildirib.

Milli.Az xəbər verir ki, qafqazinfo-ya açıqlama verən müğənni 2015-ci ildə ən böyük yeniliyinin övlad dünyaya gətirməsi olduğunu vurğulayıb:

"Hazırda yeni doğulan övladıma baxmaqla vaxtımı keçirirəm. Mənim üçün ən böyük yenilik övladımın dünyaya gəlməsidir. Yaxşı insanın ətrafında həmişə pis danışacaqlar. Pis insan, onsuz da, pisdi, ondan nə yaxşı gözləmək olar ki? İnsanın övladı dünyaya gələndə sevinməlidir. Kənardakılarda xoş arzularını çatdırmalıdır. Mən də istəyirdim təbrik etsinlər, xoş arzularını söyləsinlər.

Göz önündə olan müğənniyəm. Hamı hər şeyimdən danışır. Yeni mahnılarım çıxsa, heç kəsə maraqlı olmayacaq. Amma Səidənin çimərlik geyimlərində fotoları yayılsa, hamı danışmağa başlayacaq. Bizim bu qara camaat daha çox pisliklərə rəy bildirirlər. Mənim soyadım buna bəs edər. 3 məşhur ailələrdən biri bizim ailədir".

Səidə bildirib ki, atası xalq artisti Rafael Dadaşov onun övlad dünya gətirməsinə münasibəti normal olub.

"Mənə deyirlər ki, ata-anası necə tərbiyə edib? Mən gözəl tərbiyə görmüşəm, görməyə də davam edəcəm. 36 yaşım var. Artıq insan öz həyatını davam etməyə başlayır. Mənim övlad dünyaya gətirməyimin ata-anaya nə aidiyyəti var? Ailəm deyir ki, boya-başa çatmısan, ayaq üstdə dura bilisən. Dünyaya övlad gətirməyim normaldır".

Müğənni evli olmamağı barədə yayılan şayiələrə cavab verib:

"Mənim evli olub-olmamağımın nə fərqi var ki? Qoy bu məndə sirr kimi qalsın. Bütün həyatımız sosial mediadadır. Heç nə gizlədə bilmirik. Mən igid dünyaya gətirmişəm. Onun başı heç vaxt aşağıda olmayacaq. O qədər müğənnilər var ki, ərə gediblər. Bu, heç kəsə maraqlı deyil. Mənim dünyaya övlad gətirməyim partlayış yaratdı. Mən pis yolun yolçusu deyiləm. Əgər bu yolda olsaydım, indi haralardasa əyləşmişdim. Mən Allaha bağlıyam ki, mənə gül kimi övlad bəxş etdi".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.