Ölkə

Nardaranda vəziyyət necədir? - YENİLƏNİB - FOTO

2 Dekabr 2015 14:13
Baxış: 6 003
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

14:13

Nardaran qəsəbəsində sabitlik hökm sürür.
 
APA-nın qəsəbədə olan əməkdaşı xəbər verir ki, hazırda qəsəbənin giriş-çıxış yollarına və mərkəzi meydanlarına Daxili Qoşunların qüvvələri nəzarət edir. Nardaran sakinlərinin qəsəbəyə daxil olmasına heç bir məhdudiyyət yoxdur.
 
Qəsəbənin küçələri radikal dini simvollardan və şüarlardan təmizlənib.
 
Mərkəzi küçə və meydanlarda divarlara yazılmış dini adlar və şüarlar silinib.
 
Ticarət və iaşə obyektləri açıqdır.
 
Qəsəbəyə elektrik enerjisinin verilişi hələlik bərpa olunmayıb. 

----------

10:23

Artıq bu gün səhər saatlarından başlayaraq Nardaran sakinlərinin kəndə girib-çıxmalarına icazə verilib.

Trend-in Nardaranda olan əməkdaşını verdiyi məlumata görə, avtomobillər və qəsəbə sakinləri sənədləri giriş-çıxışdakı Post Patrul Xidməti və Çevik Polis Alayı əməkdaşları tərəfindən yoxlanıldıqdan sonra hərəkət edə bilirlər.

Qeyd edək ki, ötən gün saat 08:00-da vətəndaşlarımızın hüquqlarının, azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, əllərdə qanunsuz saxlanılan odlu silahların, partlayıcı maddə və qurğuların yığılması məqsədilə Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilməsinə başlanılıb.

Müvafiq plana uyğun olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və nizami polis hissələrinin məhdud sayda xüsusi texnikası, şəxsi heyəti qəsəbəyə daxil olub, müəyyən edilmiş yerlərdə postlar qoyulub və hazırda xüsusi əməliyyat zonasında Baş Prokurorluğun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin istintaq-əməliyyat qrupu fəaliyyət göstərir.

Milli.Az

----------

14:13

Foto: APA

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.