Ölkə

140 kiloluq azərbaycanlı gəncin yalnız bir istəyi var... - FOTO

1 Dekabr 2015 21:27
9 Şərh     Baxış: 5 014
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İfrat piylənmədən əziyyət çəkən 24 yaşlı gənc insanlardan kömək diləyir.

Nicat Mayıl oğlu Hüseynov 1991-ci il oktyabrın 1-də Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində anadan olub. Milli.Az-a bildirdiyinə görə, anadan olarkən tam sağlam olsa da, daha sonra orqanizmində ciddi, mənşəyi bilinməyən piylənmə müşahidə edilməyə başlayıb. Hazırda çəkisinin 140 kq. olduğunu deyən M.Hüseynov həm də 2-ci qrup əlildir. Lakin ailəsinin maddi imkansızlığı ucbatından müalicə oluna bilmir.

İndi onun istədiyi yalnız normal həyata qayıtmaqdır. Bunun üçün isə maddi imkanı olan insanların köməynə ehtiyacı var: "Həkimlər deyir ki, mən endokrin piylənmədən əziyyət çəkirəm. Atam rəhmətə gedib, anam da xadimə işləyir. Müayinə və müalicə oluna bilmirəm. Heç qidalanmağımıza da vəsait çatmır. Özüm əlil olduğum üçün işləyə bilmirəm. Çox ağır vəziyyətdə yaşayıram. Nə olar, mənə kömək edin! Çəkim 140 kq-dır. Yolda yeriməkdə çətinlik çəkirəm".

Onun sözlərinə görə, vaxtilə Bakıda Respublika Endokrinoloji Mərkəzdə və "Respublikanski xəstəxana" kimi tanınan akademik M.A.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müayinə olunub və həkimlər reseptlər də yazıblar. Amma... : "Biz imkansızlıqdan heç kommunal xərcləri ödəyə bilmirik, o ki qaldı müalicə olunam. Rayonumuzun icra hakimiyyətinə də müraciət etmişik, amma təəssüf ki, kömək edən yoxdur. Xahiş edirəm, mənə kömək edin. Bu müraciətimi işıqlandırın, bəlkə bir xeyirsevər kimsə Allah xatirinə kömək edən biri tapılar..."

Pünhan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.