Ölkə

Şəhid qardaşı vəhşicəsinə döyüldü

1 Dekabr 2015 17:48
1 Şərh     Baxış: 2 391
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Salyanda döyülmə hadisəsi baş verib.

Report xəbər verir ki, hadisə rayonun Seyidsadıqlı kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 37 yaşlı Osman Davud oğlu Bağırov həmkəndlisi Elçin Kazımov tərəfindən döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı dərhal Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan report-a bildirilib ki, yaralı ağır bədən xəsarətləri ilə huşsuz halda qəbul şöbəsinə gətirilib. Osman həkimlər tərəfindən müayinə olunub. O, qapalı-kəllə beyin travması, baş-beyin silkələnməsi diaqnozu ilə xəstəxananın  Travmatologiya Şöbəsinə yerləşdirilib".

Zərərçəkənin qardaşının sözlərinə görə, mübahisə O.Bağırovun otardığı xırdabuynuzlu mal-qaranın E.Kazımovun tarlasına girməsi üstə baş verib.

Qeyd edək ki, O.Bağırov şəhid Ağalar Bağırovun qardaşıdır.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.