Ölkə

Trend İnformasiya Agentliyi yeni layihəsini təqdim edir - "GÜNDƏMİN TRENDİ"

1 Dekabr 2015 17:02
Baxış: 718
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Trend İnformasiya Agentliyi yeni layihəsini oxucularına təqdim edir. Azərbaycan dilində yayımlanacaq "GÜNDƏMİN TRENDİ" adlı videogörüntülü ictimai proqramda aktual mövzular müzakirə ediləcək, təhlil olunacaq.

Layihənin müəllifi və aparıcısı, Trend İnformasiya Agentliyinin baş direktorunun müavini Emil Hüseynli bildirib ki, təxminən 20-25 dəqiqə olacaq veriliş zamanı yerli və dünya siyasəti arenasındakı aktual hadisələr müzakirə olunacaq. Verilişin qonaqları Azərbaycandan olan siyasətçilər, iqtisadçılar və ekspertlər olacaqlar.

Onun sözlərinə görə, layihənin buraxılışları ilə Trend-in saytında, həmçinin sosial şəbəkələrdə, xüsusilə də verilişin "Twitter" səhifəsində, layihənin "Youtube" videoservisindəki kanalında və "Facebook"dakı rəsmi səhifəsində tanış olmaq mümkün olacaq.

Qeyd edək ki, bundan əvvəl Trend İnformasiya Agentliyi "This Week in Focus" - ingilisdilli xəbərlər layihəsinə başlayıb. Proqramın aparıcıları "AzerNews" qəzetinin baş redaktoru Sevil Mikayılova və Trend-in İngilis xəbərlər xidmətinin redaktoru Klod Salhanidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.