Ölkə

Avtobus problemi yaşayan sakinlərə şad xəbər - YENİLƏNİB

1 Dekabr 2015 15:44
27 Şərh     Baxış: 8 041
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

15:44

49 saylı marşrut avtobusunun hərəkət istiqamətində dəyişiklik olunub.

Milli.Az xəbər verir ki, əvvəllər 49 saylı marşrut avtobusu Atəşgah dairəsindən metronun "Xətai" stansiyasına kimi hərəkət edirdisə, sabahdan etibarən bu marşrutun xətti uzadılacaq və avtobuslar Atəşgah dairəsi - Bakıxanov dəmiryol stansiyası - Bakıxanov ticarət mərkəzi - Dakar meydanı - Babək pr. - "Xətai" m/s - Xətai prospekti (Şərq bazarı) - "Cəfər Cabbarlı" m/st - Azadlıq prospekti - S.Rəhimov küçəsi boyu hərəkət edəcək.

-----------

13:39

Bakıda daha bir avtobus marşrutu bərpa edildi

Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Milli.Az-a verilən məlumata görə, sakinlərin xahiş və müraciətləri nəzərə alınaraq, Avropa Oyunları ilə əlaqədar xətti qısaldılmış 165 saylı marşrut avtobusunun əvvəlki hərəkət istiqaməti bərpa olunub.

Bu gündən etibarən 165 saylı marşrut avtobusu Binəqədi ərazisindən Şərifzadə küçəsinə (Kaktus restoranının yanı) kimi hərəkət edir.

Pünhan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.