Ölkə

Bakı aeroportunda məzhəkə: özlərini "alman"la "ispan"a çevirdilər

1 Dekabr 2015 12:49
1 Şərh     Baxış: 1 369
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları mütəşəkkil cinayətkarlığa qarşı mübarizə və saxtalaşdırılmış sənədlərlə dövlət sərhədini keçməyə cəhd edən şəxslərin aşkarlanması istiqamətində uğurlu fəaliyyətlərini davam etdirirlər.

DSX-nın Mətbuat Mərkəzindən Trend-ə verilən məlumata görə, 29 noyabr 2015-ci il tarixdə həyata keçirilmiş tədbirlər nəticəsində Heydər Əliyev Beynəlxalq Aeroportunda 338 nömrəli "İstanbul-Bakı" aviareysi ilə ölkəmizə gələn Sierra-Leone Respublikası vətəndaşları - 1982-ci il təvəllüdlü Jallo Kemoh və 1989-cu il təvəllüdlü Kargbo Abu Bakarr Almaniya vətəndaşı Şarestani Bernd İsfendior və İspaniya vətəndaşı Diyez Paskual Pablo adlı şəxslərə verilmiş vizaları şəxsi pasportlarına vurdurmaqla saxta sənədlə dövlət sərhədini keçməyə cəhd göstərərkən saxlanılıblar.

Araşdırma aparıldıqdan sonra hər iki şəxs "Bakı-İstanbul" reysi ilə geri qaytarılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.