Ölkə

Göyçayda silahlı maskalı şəxslər evə basqın etdilər

1 Dekabr 2015 11:58
4 Şərh     Baxış: 2 369
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Göyçay rayonunda maskalı şəxslər evə basqın ediblər.

APA-nın xəbərinə görə, hadisə bu gün 11 radələrində Göyçay şəhərinin  Vaqif küçəsində qeydə alınıb.

Dörd maskalı şəxs əllərində tapança və bıçaqla şəhər sakini, 1952-ci il təvəllüdlü Fərzəli Hacıyevin evinə daxil olublar. Onlar Fərzalı Hacıyevi, onun həyat yoldaşı Rəxşəndə Hacıyevanı və oğlu Fərhad Hacıyevi döyərək onlara müxtəlif dərəcəli xəsarətlər yetiriblər.

Bundan sonra maskalı şəxslər evdə olan qızıl-zinət əşyalarını götürərək qaçıblar.

Xəsarət alan ailə üzvləri Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Hazırda maskalı şəxslərin tutulması istiqamətində rayon hüquq-mühafizə orqanları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

F. Hacıyevin uzun müddətdir rayonda dəri alveri ilə məşğul olduğu bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.