Ölkə

Azərbaycanda ətraf mühitin qorunması ilə bağlı yeni layihəyə start verilib

1 Dekabr 2015 10:37
Baxış: 552
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda ətraf mühitin qorunması ilə bağlı yeni layihəyə start verilib.

Trend-in məlumatına görə, "Düşüncə" Gənclərin İnkişafına Dəstək" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə ""Yaşıl həyat": Təbiəti Qoruyaq!" adlı layihənin icrasına başlayıb. Layihənin məqsədi ətraf mühitin qorunması üçün gənclər arasında maarifləndirmə işini artırmaq, "yaşıl həyat" tərzini onlara aşılamaqdır.

Layihə çərçivəsində Bakı və Gəncədə ətraf mühitin mühafizəsi mövzusunda "dəyirmi masalar" keçiriləcək. Gənclər üçün ətraf mühitin mühafizəsi mövzusunda maarifləndirici və təbliğat xarakterli bukletlər nəşr ediləcək, köynəklər hazırlanacaq.

Bundan başqa, ekoloji maarifləndirməni gücləndirmək üçün sosial çarxın hazırlanması, saytlarda və sosial şəbəkələrdə yayılması həyata keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.