Ölkə

Bıçaqlandı, taksi ilə xəstəxanaya gəldi

30 Noyabr 2015 17:51
2 Şərh     Baxış: 934
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

"Report"un məlumatına görə, şəhərin Qala xiyabanı küçəsi bina 28, mənzil 21-də yaşayan 24 yaşlı Ümid Nazim oğlu Məmmədov naməlum şəraitdə bıçaqlanıb.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasından "Report"a bildirilib ki, yaralı özü taksi ilə  xəstəxanaya gəlib və bıçaqlandığını deyərək huşunu itirib: "Yaralı sol budunun kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxananın Cərrahiyə Şöbəsinə yerləşdirilib".

Yaralını gətirən taksi sürücüsü hadisə ilə bağlı məlumatsız olduğunu və bıçaq yarası alan şəxsə kömək etmək məqsədi ilə xəstəxanaya gətirdiyini bildirib.

Hazırda Ü.Məmmədov əməliyyatda olduğundan hadisənin harada və hansı şəraitdə baş verməsi məlum deyil.

Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.