Ölkə

23 yaşlı qız dəm qazından zəhərləndi

30 Noyabr 2015 17:47
7 Şərh     Baxış: 1 207
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lənkəranda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

"Report"un xəbərinə görə, 20 Yanvar küçəsi, dalan 1, ev ünvanında yaşayan, 1992-ci il təvəllüdlü Talıbova Günel Sultanağa qızı yaşadığı evdə ailə üzvləri tərəfindən huşsuz halda aşkar edilib.

O, rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Zəhərlənən şəxs vaxtında xəstəxanaya çatdırıldığından həyatını xilas etmək mümkün olub. Hazırda reanimasiya şöbəsinə yerləşdirilən xəstəyə zəruri tibbi yardımlar göstərilir, vəziyyəti stabilləşməyə doğru gedir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.