Ölkə

Qatar vuran kişi xəstəxanada öldü

30 Noyabr 2015 17:11
2 Şərh     Baxış: 1 046
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lənkəranda bədbəxt hadisə baş verib. 63 yaşlı rayon sakinini qatar vuraraq öldürüb.

Anspress-in məlumatına görə, rayonun Göyşaban kənd sakini, 1952-ci il təvəllüdlü Akif Şükür oğlu Əliyev kənd ərazisindən keçən dəmir yol xəttini keçmək istəyərkən qatar onu vurub. Ağır bədən xəsarətləri alan Əliyev dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanada yaralıya tibbi yardım göstərilsə də onun həyatını xilas etmək mümkün olmayıb. Akif Əliyev xəstəxanada dünyasını dəyişib.

Hadisəyə səbəb havanın dumanlı olması, bu səbəbdən də 63 yaşlı kişinin gələn qatarı görməməsi olub.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Bundan əvvəl də Tovuz rayonunda oxşar bədbəxt hadisə baş verib. Rayonun Əyyublu kənd sakini 39 yaşlı Qabil Rzayevi qatar vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.