Ölkə

Bulvardakı parovoz biznesi MTN-ın həbs edilmiş generalınındır?

30 Noyabr 2015 17:15
4 Şərh     Baxış: 6 038
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bakı bulvarındakı gəzinti parovozları Akif Çovdarovun oğluna məxsusdur".

Bunu virtualaz.org saytına MTN-in hazırda həbsdə olan sabiq idarə rəisi, general-mayor Akif Çovdarov tərəfindən təhdid olunan, öldürüləcəyi ilə hədələnən sahibkar Roman Səfərov deyib.

R.Səfərovun dediklərindən belə məlum olub ki, bulvarda fəaliyyət göstərən parovozlar generalın oğlu Ruslan Çovdarova məxsusdur.
 

Qeyd edək ki, virtualaz.org saytı bu haqda hələ bir həftə əvvəl məlumat vermişdi. "MTN generalları hətta oyuncaqlardan da pul çıxardırmış" başlıqlı məqalədə deyilirdi ki, Eldar Mahmudov və adamları hətta Bakı bulvarındakı gəzinti parovozlarını da öz əllərinə keçiriblər.

"Əsasən turistləri gəzdirən bu dekorativ qatarlar Eldar Mahmudovun gündən-günə böyüyən biznes imperiyasına hər gün öz "qəpik-quruş töhfəsi"ni verirmiş" - deyə həmin məqalədə bildirilirdi.

"Bulvardakı qatarların da heç biri Çovdarov soyadlı şəxsin adına olmayıb və yoxdur".


Bunu islə məsələ ilə bağlı Milli.Az-ın sorğusunu cavablandıran Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyib. Onun sözlərinə görə, bununla bağlı yayılan məlumat həqiqətə uyğun deyil: "Bulvarda 3 növ qatarlar var. Onlardan sarı rənglilər açıq qatarlardır, pəncərələri yoxdur. Yaşılvari olanların pəncərə-qapıları var. Bundan əlavə, Bulvar İdarəsinin Almaniyadan aldığı "Mercedes" qatarlar da var. "Mercedes" qatarlar bizim Bulvar İdarəsinin balansındadır. Ona sürücünü də biz işə götürürük, iş qrafikini də, hərəkət trayektoriyasını biz özümüz həll edirik. Amma digər 4 qatar, yəni 2 sarı və 2 yaşıl qatar isə fiziki şəxsə məxsusdur. Həmin şəxs bulvarda fəaliyyət göstərmək üçün razılıq alıb. Həmin qatarların da heç biri Çovdarov soyadlı şəxsin adına olmayıb və yoxdur. Həmin şəxsin Çovdarovlardan kiminləsə əlaqəsinin olub-olmaması haqqında isə heç bir söz deyə bilmərəm. Çünki bulvarın işçisiyəm, müstəntiq deyiləm".

Pünhan

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.