Ölkə

"Verdiyimiz rüşvətin faizini ödəyə bilmirik'' - FOTO

30 Noyabr 2015 16:28
1 Şərh     Baxış: 4 475
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qardaşı şikəst edilən Göyçay sakini rayonundakı məşhur baş həkimi ifşa edib. Göyçay Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Famil Namazov haqda dəhşətli faktların üstünü açıb.  

Milli.Az xəbər verir ki, Səbuhi Quliyev criminal.az-a müraciət edərək bildirib ki, bu il iyunun 3-də qardaşı Akif Quliyev Göyçay rayonu ərazisində ağır yol qəzasına düşüb. Onun sözlərinə görə, yaralı olduğundan Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və əsl qəza ilə bundan sonra üzləşiblər:  

"Qardaşımın nişanlısı Vüsalə Yahyayevanı əməliyyat edən Famil Namazov rüşvət istədi, travmatoloqlar Elman Mərdalı həkim isə xəstəmiz İntiqamı şikəst edərək Bakıya göndərdilər. Digər xəstəmiz Eyyub Quliyevi xəstəxanadan çıxararkən bizdən Elman və Mərdalı həkim 350 manat pul istədilər. Bu barədə sübutlarımla, audio və video görüntülərlə Göyçay Rayon Prokurorluğuna müraciət etdim. Lakin baş həkim Famil Zeynalov prokuror Muxtar Eminovla həmyerli olduğundan bu cinayəti ört-basdır etdi. Bundan sonra Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət etdim. Nədənsə bu cinayəti korrupsiya idarəsi deyil, baş həkimin müavini Ləman Hacıyeva araşdırası oldu. Ləman xanım məni çağırdı, mən də bütün sübutlarımı ona təqdim etdim. Ləman xanım da sübutları kənara qoyaraq məndən izahat almadan işi ört-basdır etdi.  Bundan sonra yuxarı instansiyalara müraciət etdim, lakin Famil Zeynalovun tələbə yoldaşı, səhiyyə nazirinin müavini Elsevər Ağayev işi araşdırmadı. Famil Zeynalov tanıdığım sağlam gənclərdən rüşvət alaraq onları xəstə adı ilə hərbi xidmətdən yayındırır. Onun əməllərinin üstünü açdım, yuxarı instansiyalara ünvanladığım ərizələr Famil Zeynalovun sifarişi ilə Göyçay Rayon Poçtunun müdiri Xələf müəllimin maneçiliyi ilə ünvanına çatmadı. Artıq iş o həddə çatıb ki, Famil Zeynalovun rəhbərlik etdiyi xəstəxanaya sələmlə götürüb verdiyimiz rüşvətin faizini ödəyə bilmirik, intihar həddinə çatmışam".  

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi mövqeyini açıqlayıb. Qurumun mətbuat xidmətinin mütəxəssisi Cavid Xəlilov criminal.az-a bildirdi ki,  bu müraciət Səhiyyə Nazirliyi tərəfindən araşdırılıb. Məlumat həqiqəti əks etdirmir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.