Ölkə

Lənkəranda ağır qəza: ölən və xəsarət alanlar var

30 Noyabr 2015 15:03
0 Şərh     Baxış: 1 103
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lənkəranda  bir nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, noyabrın 30-da günorta saatlarında rayonun Siyavar kəndində şəxsiyyəti hələlik məlum olmayan sürücülərin idarə etdiyi "Mercedes" markalı, 10 VN 098 dövlət nömrə nişanlı minik avtomobillə "Ford" markalı, H 023103 tranzit nömrə nişanlı kiçik tutumlu yük maşını toqquşub.

Güclü zərbədən hər iki nəqliyyat vasitəsi yararsız vəziyyətə düşüb, həmçinin üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, "Mercedes"in sürücüsünün həyatını xilas etməm mümkün olmayıb. O, ağır xəsarətlərdən xəstəxanada ölüb. "Ford"un sürücüsünün və sərnişininin vəziyyəti isə ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.