Ölkə

Tofiq Hacıyevi müavini əvəzləyir

30 Noyabr 2015 14:55
1 Şərh     Baxış: 960
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Akademiyanın Nəsimi adına Dilçilik İnstitutunun direktoru vəzifəsini müvəqqəti olaraq direktor müavini Baba Məhərrəmli icra edir.

Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Humanitar Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Teymur Kərimli deyib.

O bildirib ki, hazırda AMEA Nəsimi adına Dilçilik İnstitutunda cari məsələləri direktor müavini həyata keçirir.

T.Kərimli qeyd edib ki, adətən İnstitut direktorları vəfat edərkən onların 40 mərasimindən sonra direktor postuna təyinat olur: "Tofiq Hacıyevin ruhuna hörmət və ehtiram əlaməti olaraq onun 40 mərasimindən sonra müvafiq təyinat həyata keçiriləcək".

Qeyd edək ki, ötən həftə AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.