Ölkə

"Bəzi şəxslər özlərini canları yanan kimi göstərməyə çalışırlar" - millət vəkili

30 Noyabr 2015 13:28
0 Şərh     Baxış: 1 059
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Keçmiş deputat Aydın Abbasovun Nardaran hadisələrindən sonra Gəncədə keçirilən xüsusi əməliyyatla bağlı fikirlərinə Gəncənin yeni deputatı Naqif Həmzəyevdən cavab gəlib.

Milli.Az xəbər verir ki, YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev qafqazinfo-ya açıqlamasında şəhərdə ictimai-siyasi sabitliyin hökm sürdüyünü vurğulayıb:

"Gəncənin son vaxtlar necə böyük sürətlə inkişaf etməsi, abadlaşdırılması və tarixi keçmişi qorunmaqla müasirliyə qovuşması, əsrarəngiz bir şəhərə çevrilməsi bir qrup şəxsləri narahat edir. Gündəmdə qalmaq istəyən bəzi şəxslər fürsət düşən kimi gəncəlilərin adından danışmağa başlayır, Gəncə və gəncəlilər haqqında fikirlər səsləndirməyə, özlərini canları yanan kimi göstərməyə çalışırlar. Gəncə abadlığı, inkişafı, gözəlliyi ilə deyil, həm də sabitliyi, əmin-amanlığı ilə seçilir. Azərbaycanın ikinci böyük şəhərində əhval-ruhiyyə, əmin-amanlıq, sabitlik yüksək səviyyədədir, ictimai asayişin və stabilliyin qorunması lazımi səviyyədə təşkil edilir və vaxtında lazımi addımlar atılır".

Gənc deputat daha sonra qeyd edib ki, dindən vasitə kimi istifadə edərək insanların beynini zəhərləmək, onlarda dövlətə qarşı mənfi fikir formalaşdırmaq ən böyük cinayətdir:

"Əminəm ki, Gəncənin inkişafını gözügötürməyən araqarışdıranların din amilini önə çəkərək, öz fəaliyyətlərinə bəraət qazandıranların gəncəlilərin adından danışmağa haqqı çatmır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.