Ölkə

Eldar Mahmudov və oğlu Anarın xaricdəki şirkətləri üzə çıxdı - SƏNƏDLƏR - FOTO

30 Noyabr 2015 12:16
3 Şərh     Baxış: 5 254
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda holdinqlərin, iri şirkətlərin məmurlara yaxın olması heç kimə sirr deyil. Ölkədə 2006-cı ildən fəaliyyət göstərən "Caspian Crystal" şirkətlər qrupunun keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova bağlı olduğu iş dünyasına yaxşı məlumdur.

"Caspian Crystal" holdinqin İdarə Heyətinin sədri sabiq nazirin oğlu Anar Mahmudovdur. 

Hazırda "Gastronomy-1", "Gastronomy-2" və "Gastronomy-3" mağazaları, "Beluga", "Salvador Dali", "Lord", "VİP", "Velluto" və "Crystal Shikhovo" kimi dəbdəbəli restoranlar şəbəkəsi, Azərbaycanda "Range Rover", "Yaguar", "Maseratti" avtomobillərinin və "Dicati" motosikletlərinin rəsmi distribütoru "Crystal Motors" şirkətidir.  

Milli.Az criminal.az-a istinadən xəbər verir ki, araşdırmaçı jurnalist Aynur İmranova Eldar Mahmudov və onun oğlu Anarın ölkədən xaricdə fəaliyyət göstərən şirkətlərinin sənədlərini ortaya çıxarıb. Həmin şirkətlər Türkiyə, Lüksemburqda, İspaniyada, xüsusən bu ölkənin Palma, Belares adasında fəaliyyət göstərir. Palma de Malyorka adasındakı "Son Sana Portals", "Dato Capitals" şirkətləri Anar Mahmudova məxsusdur.

Maraqlısı odur ki, hətta 2007-ci ildə Azərbaycan Beynəlxalq Bankının Lüksemburqda nümayəndəliyini də açıblar...

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.