Ölkə

Azərbaycanlı bankir BƏƏ-də şirkət rəhbəri oldu

30 Noyabr 2015 11:45
0 Şərh     Baxış: 1 742
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Amrahbank"ın İdarə Heyəti sədrinin müavini Behnam Qurbanzadə yeni təyinat alıb.

APA-nın xəbərinə görə, B.Qurbanzadə "Amrahbank"dakı vəzifəsində cəmi 1 ay işləyib. Cari ilin oktyabr ayında bu vəzifəyə təyin olunan bankir noyabr ayından etibarən özünə yeni "iş yeri" tapıb. Noyabr ayından Hazırda B.Qurbanzadə baş ofisi Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yerləşən "Begatech" şirkətinin baş direktorudur. Şirkət rəqəmsal tətbiqlər sahəsində ixtisaslaşıb.

Bununla yanaşı, B. Qurbanzadə BƏƏ-də yerləşən "Flexible Business Solutions Company" şirkətinin idarəedici tərəfdaşıdır (managing partner).

Xatırladaq ki, B. Qurbanzadə 2012-ci ilin avqust ayından 2015-ci ilin oktyabr ayınadək Azərbaycan Beynəlxalq Bankının İslam Bankçılığı departamentinin direktoru vəzifəsində çalışıb. Adıçəkilən departamenti ləğv olunduqdan sonra B.Qurbanzadə tutduğu vəzifədən uzaqlaşdırılıb.

Bundan sonra bankir "Amrahbank"da çalışıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.