Ölkə

"Bunun son hadisələrlə əlaqəsi yoxdur" - Nardaranla bağlı AÇIQLAMA

28 Noyabr 2015 10:55
Baxış: 1 887
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səhər maraqlanmışam, Nardaranda hazırda vəziyyət normaldır, sakitlikdir.

Milli.Az xəbər verir ki, bu sözləri modern.az-a açıqlamasında Sabunçudan Milli Məclisə deputat seçilən Eldar Quliyev deyib.

O qeyd edib ki, bu gün insidentdə ölənlər kənd sakinlərinin meyitləri veriləcək.

"Kənd sakinlərinə yaxınlarının meyitləri hələ verilməyib. Veriləndən sonra ancaq bu mərasimlə məşğul olacaqlar. Dünəndən əsas söhbətləri bu idi ki, meyitləri versinlər. İstintaqla əlaqədar olaraq onlar ekpertizadan keçirilir.

Deyiblər ki, guya meyitləri verəcəklər".  

Deputat dünən Nardaranda işıqların kəsilməsinin son hadisə ilə əlaqədar olmadığını vurğulayıb.  

"Dünəndən onların işığı kəsilib. Bunun isə son hadisə ilə əlaqəsi yoxdur. Bir neçə gün əvvəldən xəbardarlıq edilib ki, borclarını ödəsinlər. Onlar cəmi 2 faiz işıq pulu ödəyirlər, ondan artıq ödəmirlər. Ona görə də borcları yığışıb qalıb".  

Qeyd edək ki, noyabrın 26-da Nardaranda polislə dindarlar arasında baş verən insident zamanı 2 polis əməkdaşı, 4 dindar ölüb.

"Müsəlman birliyi" hərəkatının sədri Tale Bağırzadə və onun bir neçə tərəfdarları isə həbs edilib.   

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.