Ölkə

Huşsuz vəziyyətdə tapılan Tofiq Hacıyevin xanımından XƏBƏR

28 Noyabr 2015 11:00
1 Şərh     Baxış: 1 972
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən dəm qazından zəhərlənərək ölən Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyevin həyat yoldaşı Tamara Hacıyeva özünə gəlib.

1 saylı Şəhər Klinik Xəstəxanasının Toksikologiya şöbəsindən modern.az-a verilən məlumata görə, Tamara Hacıyevanın vəziyyəti yaxşılaşıb və bu gün səhər özünə gəlib:  

"Artıq vəziyyəti yaxşıdır, bu gün səhər özünə gəlib, yemək yeyir".

Şöbədən bildirilib ki, akademikin yoldaşı özünə gəlsə də, də reanimasiyadadır. "Palataya köçürülməyib, hələ ki reanimasiyadadır. Amma həyatı üçün təhlükə artıq sovuşub".

Qeyd edək ki, dünən akademik Tofiq Hacıyev dəm qazından zəhərlənərək ölüb. Onun həyat yoldaşı Tamara Hacıyeva isə huşsuz vəziyyətdə tapılıb. 79 yaşlı Tamara Hacıyeva dilçi alimdir, hazırda təqaüddədir.
Fövqəladə Hallar Nazirliyi hadisə haqda məlumat yayıb. Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda mənzildə 2 nəfər bağlı qapı arxasında qalıb.

Hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açıb, 1936-cı il təvəllüdlü Hacıyev Tofiq İsmayıl oğlunun cəsədi və həyat yoldaşı huşsuz vəziyyətdə aşkar edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.