Ölkə

Aydın Abbasov Gəncədəki gərginlik haqda DANIŞDI

27 Noyabr 2015 17:26
0 Şərh     Baxış: 2 824
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İslamçı ekstremistlərin Nardaranda törətdiyi silahlı çıxışdan sonra DİN Gəncədə də xüsusi əməliyyat keçirib. Bir neçə radikal islamçı saxlanıb. Bu zaman onlardan biri polisə qumbara atmaq istəyib.

Milli.Az xəbər verir ki, Gəncədən olan sabiq deputat Aydın Abbasov bu şəhərdə gərginliyin artması və islamçı ekstremistlərin fəallaşması ilə bağlı virtualaz.org saytının redaksiyasına müraciət edərək son durum barədə fikirlərini bildirib.

A.Abbasovun sözlərinə görə, Gəncə sakinləri həmişə Azərbaycan dövlətçiliyinin keşiyində dayanıblar: "Ulu öndər Heydər Əliyevin işini uğurla davam etdirən, müdrik daxili və xarici siyasət yürüdən Azərbaycan prezidenti İlham Əliyev bizim hamımızdan ötrü Azərbaycan dövlətçiliyinin təcəssümüdür. Müstəqillik, dövlətçilik və indi ölkədə hökm sürən sabitlik ölkəmizə böyük qurbanlar hesabına başa gəlib. Qətiyyətlə deyirəm ki, Gəncə sakinləri, ümumən Azərbaycan xalqı müəyyən qüvvələrə təxribat törətməyə, dövlətçiliyimizə qarşı çıxmağa heç vaxt imkan verməyəcək. Bunu Gəncə sakinlərinə yaxşı bələd olan gəncəli kimi deyirəm".

Aydın Abbasov bildirib ki, Azərbaycan müxtəlif dövlətlərin və qüvvələrin təzyiq və təxribatları ilə dəfələrlə üzləşib, amma bunların heç bir nəticəsi olmayıb: "Qarabağ məsələsində ikili standartları yaxşı görürük. Azərbaycanın inkişafında maraqlı olmayan qüvvələri də görürük. Təəssüf ki, onlar ölkəmizə, dövlətçiliyimizə qarşı təxribatlara əl atmaq istəyir. Lakin bu cəhdlər məğlubiyyətə məhkumdur. Gəncə sakinləri buna yol verməyəcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.