Ölkə

Bakıda nişanlı qızın cehizləri oğurlandı - VİDEO - FOTO

27 Noyabr 2015 17:20
1 Şərh     Baxış: 2 386
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Abşeron rayonunda oğurluq faktı qeydə alınıb.

ANS TV-nin məlumatına görə, Abşeron rayonu Xırdalan şəhəri Xəlil Rza küçəsi 94 ünvanına soxulan naməlum şəxs və ya şəxslər evdə heç kimin olmamasından istifadə edərək, mənzili qarət ediblər.

Zərərçəkən Əsmər Novruzova deyir ki, evdən oğrular qızıl üzüklər, kompüter, telefon və paltar aparıblar.

Evin həyətinə hasardan aşan qarətçi mənzilə dəmir barmaqlıqları olmayan pəncərədən keçib. Ev sahiblərinin geri qayıdışında isə iş-işdən keçmiş olub. Novruzovların qızının keçən ay toyu olacaq idi. Amma yas olduğundan toy təxirə salınıb.

Zərərçəkənlərin sözlərinə görə, bu, onların evində baş verən ilk oğurluq deyil. Bir il əvvəl də onların evləri qarət edilib.

Ümumilikdə 6 min manat dəyərində qızıl-zinət əşyaları və 500 manat nəğd pulun oğurlandığı hadisə ilə bağlı Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırmalara başlanılıb.

Hazırda polis qarəti törədən şəxs və ya şəxslərin axtarışını həyata keçirir.

Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.

Bakıda nişanlı qızın cehizləri oğurlandı

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.