Ölkə

Əhaliyə ŞAD XƏBƏR: istilik problemi həll olundu - YENİLƏNİB

27 Noyabr 2015 17:13
26 Şərh     Baxış: 2 944
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

17:13

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev Milli.Az-a bildirib ki, artıq sabahdan etibarən möhür vurulmuş qazanxanalara baxış keçirilərək qazın verilməsinə başlanacaq: "Artıq bununla bağlı "Azəristiliktəhizat" ASC-yə telefonoqram da göndərmişik. Bir neçə gün əvvəl bəzi az borcu olan qazanxanalara qazın verilməsinə başlanmışdı. Sabahdan etibarən qaz almayan digər qazanxanalara da qrafik üzrə "Azəriqaz" və "Azəristiliktəhizat"ın mütəxəssislərinin iştirakı ilə baxış keçiriləcək və həmin qazanxanalara qazın verilməsi təmin olunacaq".

İ.Kərbəlayev qeyd edib ki, onlar qazanxanalara yox, ora qazın ötürülməsini təmin edən cihazlara möhür vululmuşdu: "Özü də bu möhür noyabrın 15-də və ondan sonra yox, hələ qış mövsümü başlamazdan əvvəl, bu ilin yayında, hətta ondan əvvəlki illərdə də vurulub. Amma bəzi qazanxalarda həmin möhürlər qanunsuz olaraq sökülüb istiliyin verilməsinə başlanmışdı. Biz isə borc ödənilmədiyinə görə onları yenidən möhürlədik".

"Azəriqaz"ın sözçüsü "Azəristiliktəhizat"ın borcu ödəyib-ödəməməsinə də aydınlıq gətirib: "Borc hələ ödənilməyib. Amma onun ödənilməsi üçün danışıqlar gedir və yəqin ki, yaxın zamanlarda həll olunacaq".

-----------

16:54

"Azəriqaz" və "Azəristiliktəchizat"  öz aralarında razılığa gəldilər

Azərbaycan Hökumətinin müvafiq göstərişinə əsasən, SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi və "Azəristiliktəchizat" ASC arasında yaranmış borc məsələsi həllini tapıb.

Milli.Az xəbər verir ki, SOCAR-ın mətbuat xidmətindən lent.az-a verilən məlumata görə, bununla əlaqədar "Azəriqaz" İB tərəfindən bu günün sonuna qədər "Azəristiliktəchizat" ASC-nin bütün qazanxanalarına qazın buraxılışı haqqında tapşırıq verilib.

Qeyd edək ki, borc qalmaqalına görə əhali 13 gündür istiliksiz qalmışdı.

İlkin İzzət
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.