Ölkə

"Bibiheybət yolu" bu gündən ikitərəfli oldu, avtobuslara qadağa qoyuldu

27 Noyabr 2015 13:04
1 Şərh     Baxış: 1 752
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səbail rayonu "20-ci Sahə" deyilən ərazidə sıxlığın aradan qaldırılması və "Lökbatan" dairəsi istiqamətinə doğru hərəkətdə olan nəqliyyat vasitələrinin daha rahat hərəkətinin təmin edilməsi məqsədi ilə "Bibiheybət yolu"nda ("Bibiheybət" məscidindən Bakı Su İdmanı Sarayına qədər olan hissədə) nəqliyyat vasitələrinin iki istiqamətli hərəkətinin təşkili üçün Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən aparılan işlər artıq yekunlaşıb.

"Azəryolservis" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu gündən etibarən yol iki gediş, iki gəliş hərəkət istiqamətli olmaqla sürücülərin ixtiyarına verilib. Yolun iki hərəkət istiqamətli olması üçün görülən işlər çərçivəsində "Bibiheybət" məscidinin yaxınlığında, yol kəsişməsində yerləşən hasarın 15 metrlik hissəsi sökülüb. Nəticədə Su İdman Sarayından "Bibiheybət" məscidinə doğru nəqliyyat vasitələrinin rahat və maneəsiz çıxışı təmin olunub.

Nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətinin təmin edilməsi istiqamətində sözügedən ərazidə görülən işlərdən sonra şəhərə doğru hərəkət edən sərnişin avtobuslarının "20-ci Sahə"dən "Bibiheybət" məscidinə doğru olan yola daxil olması qadağan edilib. Sərnişin avtobusları ancaq Su İdman Sarayına doğru olan yolla hərəkətlərinə davam edə bilərlər.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən ərazidə nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanlarının quraşdırılıb, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.