Ölkə

Həbs edilən MTN-çilərə yeni ittiham irəli sürüldü

27 Noyabr 2015 12:39
Baxış: 1 942
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

MTN-də bandit dəstəsi yaratmaq işi üzrə saxlanılan bütün şəxslərə qarşı yeni ittiham irəli sürülüb.

Bu barədə virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı rəsmi mənbələrdən məlumat verilib.

İnformasiyaya görə, MTN-in həbs edilən 19 yüksək rütbəli əməkdaşına qarşı bu gün Cinayət Məcəlləsinin 217 (banditizm) və 218-ci (cinayətkar dəstə təşkil etmə) maddələri ilə yeni ittiham irəli sürülüb. Bu maddələrlə 10 ildən 15 ilədək həbs cəzası nəzərdə tutulur.

Virtualaz.org saytının əvvəl də xəbər verdiyi kimi, MTN-in yüksək rütbəli əməkdaşlarından biri barədə ev dustaqlığı qəti imkan tədbiri seçilib. Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın dostlarından biri isə axtarışa verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.