Ölkə

Nardaranda həlak olan daha bir polis haqda ilginc faktlar - FOTO

27 Noyabr 2015 11:47
Baxış: 20 878
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nardarandakı toqquşmada həlak olan polislərdən biri dindar olub.

AzNews.az xəbər verir ki, həlak olan polis İsmayıl Tağıyev təbiətcə sakit, xeyirxah və Allaha inanan adam olub.

Təkcə özü deyil, bütün ailə üzvləri dindar olublar. Məlumata görə, mərhumun həyat yoldaşı hicablı qadındır. DİN-in əməliyyatçısı olan İsmayılın iki övladı var, onlardan biri ötən ay dünyaya gəlib.

Məlum olub ki, İsmayıl toqquşma zamanı ayağından yaralanıb. Onu hadisə baş verən evdən vaxtında çıxarmaq mümkün olmayıb. Bu səbəbdən o, qanaxmadan dünyasını dəyişib.

Mərhum polis əməkdaşı ilə vida mərasimi əvvəllər yaşadığı Xırdalan şəhərindəki evdə keçirilir. O, bu gün II Fəxri xiyabanda dəfn ediləcək.

Qeyd edək ki, noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb. 2 polis əməkdaşı həlak olub. Cinayətkar dəstənin, Taleh Bağırov başda olmaqla, 14 üzvü saxlanılaraq istintaqa təqdim edilib. Fakt üzrə Baş Prokurorluq tərəfindən cinayət işi başlanılaraq istintaq aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.