Ölkə

"Nardarandakı qarşıdurmanın səbəbkarları agentdirlər"

26 Noyabr 2015 16:20
9 Şərh     Baxış: 7 169
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Deputat seçildiyi Sabunçu rayonundan Nardaran qəsəbəsini də təmsil edən Eldar Quliyev bildirib ki, insidentdə iştirak edən dindarlar başqa dövlətə işləyirlər.

O, modern.az saytına deyib ki, insidentin baş verməsinə səbəbkar olanlar agentdirlər:

"Ay yarım bundan qabaq bir hadisə törətdilər. Talehin müavinini polisə aparmışdılar. Onun tərəfdaşları isə ayrı-ayrı rayonlardan, kəndlərdən adamlarını yığıb polis bölməsinin qarşısına gətirmişdilər, bölməni daşlayıb, şüşələri sındırmışdılar. Cəmi 2-3 adam tutuldu".

Deputat bildirib ki, kənd camaatı onları pislədiyinə və məscidə qoymadığı üçün evdə toplaşıblar:

"Həmin ev Taleh Bağırzadənin deyil. Ümumiyyətlə, Taleh nardaranlı deyil, gəlmə adamdır. Kənd camaatı hamısı hadisəni pisləyir. Necə vaxtdır sakitlik idi. Taleh üzə çıxandan sonra radikal islamçılar başını qaldırıblar".

Bu məsələlərə dərindən baxmağın lazım olduğunu deyən Eldar Quliyev bildirib ki, onlar, əsasən, xaricdən maliyyələşdirilirlər: "Yoxsa, onların avtomatı, qranatı haradan idi?  Azərbaycanda bunları maliyyələşdirən ola bilməz. Hadisə ilə bağlı indi araşdırmalar gedir, məlumat olanda deyiləcək".

Deputat, ümumiyyətlə, Nardaran ağsaqqallarının birmənalı şəkildə hadisəni pislədiklərini vurğulayıb.

Bu gün Nardaranda polislərlə dindarlar arasında qarşıdurma olub. "Müsəlman birliyi hərəkatı"nın sədri, ilahiyyatçı Taleh Bağırzadə həbs olunub. İnsident zamanı xeyli adamın yaralandığı və 3 polisin öldüyü bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.