Ölkə

Nardaranda aksiya keçirilib - YENİLƏNİB - VİDEO - FOTO

26 Noyabr 2015 17:55
19 Şərh     Baxış: 14 662
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

17:55

Hazırda Nardaranda gərgin vəziyyət davam edir.

Milli.Az xəbər verir ki, qafqazinfo-nun kənddə olan əməkdaşları bildirir ki, Nardaranda Tale Bağırzadənin tərfədarları bu dəqiqələrdə "İmam Hüseyn" meydanında aksiyaya keçiriblər. 

Aksiya iştirakçıları meydanın girişinə yük maşınları ilə daş töküblər.

Əməkdaşlarımızın son məlumatına görə, aksiya artıq başa çatıb.

-----------

16:17

Əməliyyat zamanı bir neçə nəfər saxlanılıb

Bizimyol.info-nun Nardaranda hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hazırda Nardaran sakinləri "İmam Hüseyn" meydanına toplaşıblar. Onlar özləri ilə daşlar, dəmir parçaları gətiriblər.

Nardaran sakinlərindən birinin bizimyol.info-ya dediklərinə görə, evdə dəmir səsindən oturmaq olmur. Qadınlar əllərinə aldıqları "lom"larla qaz borularını döyəcləyirlər.

Qeyd edək ki, bu gün saat 13:00 radələrində Bakıda xüsusi əməliyyat keçirilib.
 
Bakının Nardaran qəsəbəsində keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanları əməkdaşları müqavimətlə qarşılaşıblar. Nəticədə atışma olub. Baş verən atışma zamanı ölən və yaralananların olduğu bildirilir.

Əməliyyat zamanı bir neçə nəfər saxlanılıb.

Milli.Az

-------------

17:55

Videonu izləmək üçün şəkilə klikləyin.

Nardaranda aksiya

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.