Ölkə

Piyadalara qarşı tərbiyəsizlik edən sürücülərin CƏZASI

26 Noyabr 2015 21:07
10 Şərh     Baxış: 5 147
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yol polisi payız-qış mövsümündə su gölməçələrinin olduğu yollarda sürücüləri nəqliyyat vasitələrini ehtiyatla idarə etmələrinin vacib olduğu barədə xəbərdar edib.

Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Milli.Az-a açıqlamasında deyib ki, sürücülər yağmurlu havalarda diqqətli olmalı, avtomobili ehtiyatla idarə etməli, sürət həddini elə seçməlidirlər ki, yollardakı palçıqlı su ətrafdakı çirkləndirməsin: "Bəzən avtomobil yüksək sürətlə hərəkət etdikdə yoldakı su səki ilə hərəkət edən insanların üzərinə sıçrayır. Əgər bu hal yol polisi əməkdaşı tərəfindən vizual olaraq görünərsə, polis sürücünü saxlayıb barəsində müvafiq tədbir görə bilər".

Onun sözlərinə görə, yollardakı çirkli suyu piyalara sıçradan sürücülər qanuna əsasən cərimələnilər. Onlar hətta binaları şirkləndirdiyinə görə də məsuliyyətə cəlb olunurlar: "İnzibati Xətalar Məcəlləsinin 155.1.5-ci (Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması) maddəsinə əsasən, sürücülər su və ya palçığın yolda piyadalara, binalara və nəqliyyat vasitələrinə qəsdən sıçradılmasına görə qırx manat miqdarında cərimə edilirlər. İnanmıram ki, hansısa sürücü qəsdən belə şey etsin, amma bu baş veribsə, onun qəsdən və ya bilmədən etməsinin əhəmiyyəti qalmır. Çünki piyadanın üst-başı bulaşır. Ona görə də istənilən halda məsuliyyət sürücünün üzərindədir".

İlkin İzzət
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.