Ölkə

Tutulan MTN-çilər sirlərimizi sata bilərlərmi?

26 Noyabr 2015 09:58
0 Şərh     Baxış: 1 442
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

MTN işi ilə bağlı hakimiyyətin daha qəti addımlar atmaması bir sıra səbəblərlə izah edilir. Məsələn, sahibkarlara edilən zülmlərlə bağlı müxtəlif faktların ortaya çıxması bu kəsimə qarşı hücumları müəyyən müddət səngidib. Millət vəkili Zahid Orucun baş verənlərlə bağlı maraqlı yanaşması var.

Z.Oruc "Şərq"ə bildirib ki, MTN-in yüksək rütbəli nümayəndələrinin yol verdiyi əməllər, baş verən məlum hadisələr hökumət strukturlarında və cəmiyyətdə müəyyən tənqidlərin, narazılığın meydana gəlməsinə şərait yaratdı. Z.Oruc onu da vurğuladı ki, hazırda həbsə atılan, vəzifəsindən uzaqlaşdırılan MTN-çilər ciddi kompromatlara sahibdirlər: "Gizli informasiya daşıyıcıları olan, hətta kimlərinsə şəxsi həyat sirlərini bilən MTN-çilər müəyyən bir zəmində sahib olduqları məlumatları dövriyyəyə buraxa bilərlər. Bu da ölkədə insanların bir-biri ilə üzləşməsinə, qarşıdurmalara, kompromat müharibələrinə səbəb olar. Yəni Elşad Abdullayevlərin sayı artar. Belə olmasın deyə, bəzi məsələlərə həssas yanaşmaq lazımdır. Axı MTN bir səhiyyə qurumu deyil, ölkənin milli mənafelərini qoruyan çox mühüm məxfi xidmət orqanıdır. İlk növbədə həmin vəzifəni həyata keçirən və gözəgörünməz cəbhənin təmsilçiləri elə addımlar atmalıdırlar ki, ölkə daxilində və xaricində MTN-ə qarşı formalaşmış bədbinliyi aradan qaldıra, qurumun əvvəlki etibarını geri qaytara bilsinlər".

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər "Azadlıq" qəzetinə bildirdi ki, MTN əməkdaşlarının vətəndaşlara qarşı törətdikləri ilə bağlı və açıqlanan digər maraqlı faktlar göstərir ki, onların əsas işi məhz kompromat yığmaq olub: "Onlar dövlət məmurları, iş adamları, vətəndaşlar barəsində şəxsi məlumatlar toplayırlarmış. Bu addımlar qrup maraqlarına uyğun atılıb. Ona görə Zahid Orucun söylədikləri maraqlıdır. O həm millət vəkilidir, həm də hakimiyyətə yaxın adam kimi müəyyən informasiyası olmasaydı, belə açıqlama verməzdi".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.