Ölkə

"Bu, bir ailənin haqqına girmək hesab edilə bilər" - "BakuBus"

25 Noyabr 2015 17:11
9 Şərh     Baxış: 6 432
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avtobusdakı panduslar uşaq arabaları üçün nəzərdə tutulmayıb

Milli.Az xəbər verir ki, bunu "Bakubus" MMC-nin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.

Onun sözlərinə görə, "BakuBus" avtobusuna araba ilə minmək istəyən qadın üçün sürücünün pandusu açmadığı ilə bağlı şikayət araşdırıldıqda tamam başqa şey ortaya çıxıb: "İnboxuna sürücünün fiziki qüsurlu vətəndaşı avtobusa mindirməkdən imtina etməsi ilə bağlı şikayət daxil olan kimi dərhal bütün heyət olaraq reaksiya verdik. Sürücünün həmin vaxt kəsiyində kamera görüntüləri izləndi. Araşdırıldı və nəticədə məlum oldu ki, sürücü ictimai nəqliyyat vasitəsinə uşaq arabası ilə minmək istəyən bir xanım sərnişin üçün pandusları endirməyib və həmin xanıma avtobusa minmək üçün şəxsən özü düşərək kömək edib. Bizə şikayət ünvanlayan digər sərnişin isə sürücüyə pandusu açmağına görə etirazını bildirib".

"BakuBus"ın sözçüsü şikayətçilərə bir az diqqətli olmalarını tövsiyə edib. Çünki bu şikayət təkcə bir sürücünün yox, onun ailəsinin də həyatına mənfi təsir edə bilər: "Dəyərli sərnişinlər, avtobusdakı panduslar uşaq arabaları üçün deyil, əlil arabaları üçün nəzərdə tutulub. Ancaq məsələ bunda deyil. Məsələ "fiziki qüsurlular üçün nəzərdə tutulan araba üçün pandus endirilmədi" deyə şikayət yazmaq bir sürücünün, dolayısı ilə bir ailənin də haqqına girmək hesab edilə bilər. Gəlin qayda pozuntusu varsa, onu olduğu kimi qeyd edək. Onsuz da, məlumatlar tərəfimizdən mütləq avtobusdakı kameraların qeydə aldığı görüntülər araşdırıldıqdan sonra dəyərləndirilir. Gəlin yüzlərlə sərnişinə xidmət göstərən bir işçinin motivasiyasına mənfi təsir göstərməyək. Bir-birimizə qarşı səbrli olsaq, bu, şəhərin tayı bərabəri olmayacaq!"

İlkin İzzət
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.