Ölkə

Daxili dövlət borcu 3 dəfə artırıldı

25 Noyabr 2015 14:47
Baxış: 1 713
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə 2015-ci il üçün Azərbaycanın daxili dövlət borcununun yuxarı həddinin 3 milyard manatadək artırılmasını nəzərdə tutan "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununda dəyişikliklər təsdiq edilib.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, dəyişikliklərə əsasən, Azərbaycan prezidentinin 15 iyul və 7 avqust 2015-ci il tarixli fərmanlarının icra edilməsi çərçivəsində bir sıra dövlət layihələrinin maliyyələşdirilməsi məqsədilə daxili dövlət borcunun həddi 1,5 milyard manatdan 4,5 milyard manatadək artırılıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.