Ölkə

66 yaşlı qadını maşın vurdu

25 Noyabr 2015 13:14
1 Şərh     Baxış: 804
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncədə 66 yaşlı qadını maşın vurub. Hadisə Kəpəz rayonunda məcburi köçkünlərin yaşadığı ərazidə qeydə alınıb.

Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından anspress-ə verilən məlumata görə, Goranboy rayonunun Todan kənd sakini, 1949-cu il təvəllüdlü Əminə Ağamməd qızı Qasımova yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub. Yaralı qadını ətrafda olan insanların köməkliyi ilə xəstəxanaya çatdırıblar.

Xəstəxanadan bildirdilər ki, Əminə Qasımova xəstəxanaya çanaq və baldır nahiyələrinin çoxsaylı sınığı diaqnozu ilə gətirilib və vəziyyəti ağır olduğu üçün ilkin tibbi yardım göstərilərək paytaxt xəstəxanalarından birinə göndərilib.

Faktla bağlı Gəncə Şəhər Baş Polis idarəsində araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.