Ölkə

Ata qəzəbi, kül olan ev və uşaqların məhv olan həyatı - VİDEO - FOTO

25 Noyabr 2015 10:50
10 Şərh     Baxış: 3 818
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Atanın qəzəbi ilə tək ailənin yuvası deyil, körpə balalarının gələcəyi də yanıb. Bir ailə, üç uşaq və ana, sığınmağa yer tapa bilmir.

Milli.Az xəbər verir ki, balaları ilə küçədə qalmış Asudə Baxşəliyeva criminal.az saytına müraciət edərək acınacaqlı durumları barədə danışıb. Bildirib ki, altı ay əvvəl həyat yoldaşı Rac Baxşəliyev Abşeron rayonundakı evlərini yandırıb:

"Yoldaşım fəhləliklə bizi dolandırırdı. Elə olurdu ki, işə görə aylarla evə gələ bilmirdi. Bir gün evə qəzəbli gəldi və evimizə od vurdu. Evimiz yanaraq kül oldu. Evdən paltar, əşya çıxara bilmədik. Polis Racı həbs etdi. Evimiz yanandan sonra güzəranımız dözülməzdir".

A.Baxşəliyeva deyir ki, evləri yanandan sonra uşaqları ilə qonşusunun təndirxanasına sığınıb: "Təndirxanada zülm çəkirik. Yayda birtəhər yaşayırdıq. Havalar soyuyandan sonra təndirxanada qalmaq mümkün deyil. Bütün yağış başımıza yağır. Heç bir yardımımız yoxdur. Uşaqlarımdan biri birinci sinifə gedir. Uşaqların minimum ehtiyaclarını ödəmək olmur. Tez-tez xəstələnirlər. Geyimləri yoxdur".

Ana aidiyyəti dövlət qurumlarından onlara köməklik göstərilməsinə ümidlidir. Ailəyə isə onlara sahib çıxılana qədər şəkildə görəcəyiniz təndirxanada qalmağa məcburdur.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

Ata qəzəbi, kül olan ev və uşaqların məhv olan həyatı

Ata tək evi yox, övladlarının taleyinə də od vurdu...

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.