Ölkə

Bakıda genişmiqyaslı əməliyyat başlayır

24 Noyabr 2015 10:14
4 Şərh     Baxış: 13 475
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yol polisi dekabrın 1-dən etibarən Bakıda genişmiqyaslı reydlərə başlayacaq.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən bildiriblər.

İdarədən verilən məlumata görə, əsas hədəf ilk növbədə sərnişindaşıma sektoru olacaq. Yol polisi qayda-qanunları pozan avtobus və taksi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə qarşı sərt mübarizə tədbirləri həyata keçirəcək. Ona görə də bu sahədə fəaliyyət göstərən bütün hüquqi və fiziki şəxslərə indidən işlərini qaydaya salmaq və qanunun tələblərinə ciddi şəkildə əməl etmək tövsiyə olunur.

Bundan başqa, yol polisləri toy mövsümünün başlanması ilə əlaqədar sərxoş, həmçinin "toy karvanları"na qoşularaq qaydaları pozan avtomobil sürücülərinə də qarşı mübarizəni gücləndirəcəklər.

Pünhan

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.