Ölkə

Akif Çovdarovun ailəsi yas içərisində, hədəfdə kürəkəndir - FOTO

20 Noyabr 2015 12:18
10 Şərh     Baxış: 21 256
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov həbs edildikdən sonra ailəsi yas içərisindədir.

Milli.Az xəbər verir ki, ailəyə yaxın mənbənin criminal.az-a verdiyi məlumata görə, A.Çovdarovun kürəkəni, MTN şöbə rəisi, polkovnik-leytenant Rəşad Əmircanov vəzifəsindən uzaqlaşdırılandan sonra vəziyyət daha da gərginləşib.

Ailə üzvləri Badamdardakı villalarından çıxıb, hazırda A.Çovdarovun Gürcüstandakı və Bakıdakı biznesini idarə edən qardaşı Asifin evinə sığınıblar. Ailə R.Əmircanovun da həbsindən narahatdır. Rəşad Əmircanova məxsus Badamdardakı villa möhürlənib.

Onu da əlavə edək ki, Rəşad Əmircanov əvəllər Xüsusi Dövlət Mühafizə Xidmətində işləyib, sonradan Akif Çovdarov Milli Təhlükəsilik Nazirliyində idarə rəisi təyin edildikdən sonra qaynatasının himayədarlığı ilə MTN-ə şöbə rəisi gətirilib.  Hüquq mühafizə orqanları polkovnik-leytenant Rəşad Əmircanovun Akif Çovdarovun təşkil etdiyi gizli həbsxanalar və müxtəlif cinayət əməllərində iştirakının olduğunu təxmin edir. 

Rəşad Əmircanov 1993-1996-cı illərdə Azərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsi sədrinin birinci müavini vəzifəsini tutmuş əməkdar iqtisadçı Əmircan Əmircanovun kiçik oğlu, Dəmirbankın İdarə Heyətinin sədri Roman Əmircanovun, Azərbaycan Respublikası Mərkəzi Bankının Baş direktoru Aqşin Vəliyevin yaxın qohumudur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.