Ölkə

Bakıda qadının çanta oğurluğu - VİDEO

12 Noyabr 2015 11:37
10 Şərh     Baxış: 4 765
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda günün günorta vaxtı mağazadan oğurluq edilib.

Milli.Az xəbər verir ki, Bakıda, Nəsimi rayonunda, Cəfər Cabbarlı meydanının altında, metronun "28 May" stansiyasının yeraltı keçidindəki ticarət mərkəzində, mağazalardan birində oğurluq edilib.

Hadisə noyarın 11-də saat 15:34-də baş verib. Oğurluq hadisəsi müşahidə kameralarının yaddaşına həkk olunub.

Videoda görünür ki, 40-50 yaşlarında olan qadın çanta satılan mağazalardan birinə girərək satılan mallara baxır, sonra çantalardan birini götürərək pulunu ödəmədən sakitcə mağazadan çıxır. Lakin qadın bu hərəkətinin lentə alındığından xəbərsizdir...

İndi mağaza sahibi malının və ya pulunun geri qaytarılması üçün oğrunun axtarışındadır.

Pünhan
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

Bakıda qadının çanta oğurluğu

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.